İnsan Resursları üzrə Məsləhətçilik | Sosial hüquq
İnsan Resursları üzrə Məsləhətçilik
“Baku Business Consulting” MMC artıq 4 ilə yaxındır ki, İnsan Resurslarının idarə olunması sahəsində bir çox yerli və xarici şirkətlərlə böyük layihələr həyata keçirir. Müxtəlif fəaliyyət sahəsindən olan müştərilərinin bizneslərinə göstərdiyi konsaltinq xidməti nəticəsində bir çox şirkətin uğurlarında “Baku Business Consulting” MMC-nin töhfələri vardır. Məhz bunun məntiqi nəticəsi olaraq müştərilərin məmnunluq səviyyəsinin qorunub saxlanması məqsədilə şirkətimizdə keyfiyyət idarəetmə sistemi İSO 9001:2015 tətbiq olunmuşdur.
“Baku Business Consulting” MMC İnsan Resurslarının (İR) idarə olunması sahələri üzrə ixtisaslaşmış konsaltinq şirkətidir və 2019-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı yanında İnsan Resursları üzrə məsləhətçi statusu almışdır.
Təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssiələrin fəaliyyətinin təməl prinsiplərindən biri işçilərlə olan münasibətlərin düzgün tənzimlənməsidir.Bu da öz növbəsində insan resurslarının (qaynaqlarının) effektiv idarə edilməsiniaktual olaraq ön plana çıxarır. Müəssisələrin rentabelli fəaliyyətinin əsas səbəblərindən biri də İnsan kapitalına verilən əhəmiyyətlə tənzimlənir. İnsan resurslarının idarə edilməsində başlıca məqsəd işçilərin təhsilinə, təcrübəsinə, bilik və bacarıqlarının inkişafına istiqamətlənmiş investisiya olunması ilə onların potensialından və yaradıcı imkanlarından maksimum istifadə edilməsidir.
“Baku Business Consulting” MMC cəmiyyətin sosial və iqtisadi inkişafı üçün insan kapitalının aktuallığını nəzərə alaraq bu sahədə öz peşəkar fəaliyyətini qurmuşdur. Şirkətimizin peşəkar komandası bilik və təcrübələrinə əsaslanaraq yerli və xarici şirkətlərə digər xidmətlərlə paralel olaraq insan resurslarının idarə edilməsinin təşkili üzrə də xidmətlər göstərir. Əsas məqsədimiz idarəetmənin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə müəssisələrin fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir. İnsan resurslarının idarə edilməsi iqtisadi, sosial, hüququ, təşkilatı və psixoloji məsələləri əhatə edir. Ona görə də heyətin idarə edilməsinə aşağıdakı aspektlər, istiqamətlər baxımından yanaşırıq:
Sosioloji konsepsiyalar (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr.)
İqtisadi konsepsiyalar. (İşçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.)
Psixoloji konsepsiyalar. (İşçinin dəyərlər meyli, mentaliteti, ünsiyyətin və davranışın psixoanalizi, əmək fəaliyyətinin psixologiyası və s.)
Əmək və sosial hüquq. (Resursların idarə edilməsi prosesinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması. Əmək hüququ, tarif razılaşmaları, muzdlu işçi və işəgötürən arasındakı hüquqi münasibətlər və s.)
İşçi heyətini idarə edərkən yuxarıdakı konsepsiyalar və müəyyən elmi prinsiplər tərəfimizdən hökmən nəzərə alınır.
Eyni zamanda insan resurslarının idarə edilməsi sisteminin qurulmasına yanaşmamız həm universal və həm də konkret, spesifik (konkret şəraitə uyğun gələn) səciyyə daşıyır.
Qısa olaraq xidmətləmiz barədə məlumat veririk:
İR idarəetmə sisteminin qurulması
İR sisteminin Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğunlaşdırılması