Analitiklər hesab edirlər ki, fərqli sektor və təcrübə sahələrinin onlarla birləşməsi nəticəsində 200-dən çox fərqli məsləhət növünü ayırd etmək olar. Lakin, 1960-cı illərin ortalarından başlayaraq, konsaltinq sektorunun yüksəlişə keçməsindən bəri “konsaltinq” termini idarəetmə və biznes məsləhət xidmətləri ilə daha çox əlaqələndirilir. Nəticədə, insanlar əsasən konsaltinq sənayesinin strategiya və idarəetmə kimi seqmentlərinə müraciət edirlər. Belə ki, son iyirmi ildə konsaltinq sektoru peşəkar xidmət sektorunun ən yetkin sahələrindən birinə çevrilmişdir və sektorun mərkəzində əsas altı sahə mövcuddur: Strateji Məsləhətçilik (Strategy Consulting), İdarəetmə üzrə Məsləhətçilik (Management Consulting), Əməliyyatlar üzrə Məsləhətçilik (Operations Consulting), Maliyyə Məsləhətçiliyi (Financial Advisory), İnsan Resursları üzrə Məsləhətçilik (HR Consulting) və Texnologiya Məsləhətçiliyi (Technology Consulting).
Qrafikdən də göründüyü kimi Məsləhətçilərin əksəriyyəti böyük və orta ixtisas konsaltinq şirkətlərində işləyirlər, lakin konsaltinq şirkətləri ümumi bazar strukturunun 15% -dən çoxunu təmsil etmir.
Son illərdə mütəxəssislər konsaltinq sənayesini müəyyənləşdirmək və dəyərləndirmək üçün müxtəlif tipologiyalar təklif etdilər. Bununla belə, MCA (The Management Consultancies Association), FEACO (the European Federation of Management Consultancies Associations) və ALM Intelligence (əvvəllər Kennedy Consulting Research and Consultancy), Gartner, IDC və ya Source Global Research kimi analitik firmalar konsaltinq bazarının müxtəlif anlayışlarını tətbiq edir və onların bazarın ölçüləri, seqmentləri və rəqiblər haqqında məlumatları və təxminləri arasında fərqliliklər olur.
Qlobal ən çox istinad edilən tipologiya isə ALM Intelligence şirkətinin yanaşmasıdır. ABŞ-da fəaliyyət göstərən analitik firmanın tipologiyası konsaltinq sənayesini altı əsas seqmentə bölür: