Əməyin mühafizəsi | Əmək qanunvericiliyi | Erqonomika
Əməyin mühafizəsi və Əmək qanunvericiliyi
Baku Business Consulting olaraq artıq 5 ildir ki, bu sahə üzrə qabaqcıl təcrübələri, yerli qanunvericilik və beynəlxalq standartların tələblərini müvəffəqiyyətlə tətbiq edərək iqtisadiyyatımızın müxtəlif sahələrində əməyin mühafizəsinin inkişafına öz töhvəmizi verməkdəyik.
Baku Business Consulting əmək qanunvericiliyi və əməyin mühafizəsi tələblərinə uyğun müəssisələrdə aşağıdakı xidmətləri təklif edir:
Müəssisədə Əməyin Mühafizəsi İdarəetmə Sisteminin (ƏMİS) qurulması
Müəssisənin fəaliyyətinə uyğun əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün növ təlimatların (Giriş, İlkin, Elektrik, Yanğın təhlükəsizliyi, Tibbi yardım, PEHM-lə iş və s.) hazırlanması;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun əməyin mühafizəsi üzrə bütün növ təlimlərin keçirilməsi (Giriş, İlkin Office Safety, Fire Safety, Electrical Safety, First Aid, Road Safety) və qeydiyyatının aparılması;
Yanğın təhlükəsizlik qaydalarının hazırlanması;
Biliklərin yoxlanılmasının təşkil edilməsi;
Əməyin mühafizəsi üzrə sənədləşmə işinin təşkili (Protokollar, Əmrlər, Təqdimatlar və s.);
Təhlükələrin müəyyən olunması və Risklərin Qiymətləndirilməsi işinin təşkili (Risk Assessment Sheet);
Risklərin azaldılması və qalıq risklərin idarə edilməsi (Risk Management);
Əməyin mühafizəsinə tədbirlər planının hazırlanması;
Cavabdeh şəxslər üçün əməyin mühafizəsinə dair vəzifə təlimatının hazırlanması;
Xəbərdarlıq nişanları üzrə tələblərin hazırlanması;
Əməyin mühafizəsi tələblərinə riayət edilməsinə nəzarət işinin təşkil edilməsi;
Fərdi mühafizə vasitələri (FMV) ilə təminatın müəyyən olunması;
Əməyin mühafizəsi işçilərinə professional təlimlərin keçirilməsi;
İcbari tibbi müayinədən keçməli olan vəzifələrin müəyyən edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əməyin mühafizəsi tələblərinə dair digər təkliflər.